Bakı 22˚C Sunny

Sabirabadda fermada silah-sursat tapılıb -FOTO

Hadisə 17:30 20 sen, 2021

Faktla bağlı hazırda araşdırma aparılır

Sabirabadda fermada silah-sursat tapılıb -<span style="color:red">FOTO</span>

Sabirabadda fermada silah-sursat aşkarlanıb.

Qazet.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Güdəcühür kəndi ərazisində yerləşən fermer təsərrüfatlarından birinin ərazisində yerləşən köhnə tikilinin döşəməsinin altından silah-sursat tapılıb. Belə ki, təmir işləri görmək istəyən fermer təsrrüfatının işçiləri döşəmə sökülən zaman orda silah-sursat aşkar ediblər və bu barədə polis şöbəsinə müraciət olunub.

Polis əməkdaşalrı fermadan akt tətrtib etməklə bir ədəd “RPQ-71N1” markalı qumbaraatan, bir ədəd “AK-74” markalı avtomat silahı, 2 ədəd patron darağı və 60 ədəd patron götürüblər. Həmin silahların ora kim tərəfindən qoyulduğu məlum deyil.

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.