Sabirabadda məzun günü gənc qızı bıçaqlayan şəxsin məhkəməsi başlayır
Kriminal17:2714 yanvar, 2022

Məzun qız Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, onun həyatını xilas etmək mümkün olub

Sabirabadda məzun günü gənc qızı bıçaqlayan şəxsin məhkəməsi başlayır
Bizi-da oxuyun

Sabirabadda gənc qızı bıçaqlamaqda təqsirləndirilən Sübhan Qasımlının cinayət işi üzrə məhkəmə iclası başlayır.

Qazet.az xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Oruc Cəlilovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci ilin iyun ayında Sabirabad rayonunun Surra kənd ərazisində yerləşən “Ana Kür” restoranında qeydə alınıb.

Belə ki, rayonun 5 saylı tam orta məktəbinin məzunlarının restoranda təşkil etdiyi tədbir zamanı Sabirabad sakini, 2002-ci il təvəllüdlü S.Qasımlı həmyerlisi, 2004-cü il təvəllüdlü A.V-nı (ad, soyadı şərti) kürək nahiyəsindən bıçaqlayıb.

Məzun qız Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

Keçirilən əməliyyat tədbirləri zamanı S.Qasımlı polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Fikriniz