Bakı 16˚C Mostly sunny

Şabranda parkın həyətindəki ağacları gecə kəsiblər - FOTO

Cəmiyyət 19:54 13 yan, 2022

Naməlum şəxs və ya şəxslər gecə parkın ağacalarını kəsərək kökünü yandırıblar

Şabranda parkın həyətindəki ağacları gecə kəsiblər - <span style="color:red">FOTO</span>

Şabran şəhərindəki mərkəzi parkın həyətindəki ağacları gecə kəsiblər.

Qazet.az Report-a istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər gecə parkın ağacalarını kəsərək kökünü yandırıblar.

Sakinlər bildiriblər ki, parkın həyətindəki nadir ağaclardan olan 3 ədəd Göyrüş kəsilib: "Ağacları bir-bir kəsirlər. Hər gecə bir ədəd kəsirlər ki, diqqət cəlb eləməsin. 3 gün bundan əvvəl cəmi bir ağac kəsilmişdi. Kəsilən ağacların kökünü yandırır üstünü otla örtürlər. Ötən gecə artıq üçüncü ağacı kəsiblər".

Məsələ ilə bağlı "Report"un Şimal bürosuna məlumat verən Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhəri üzrə nümayəndəsi Orxan Kərimov bildirib ki, ağacların kim və ya kimlər tərəfindən kəsilməsi ilə bağlı araşdırmalara başlanılıb.