Bakı 12˚C Partly sunny

Nələr yesək, sağlam arıqlaya bilərik? - MƏSLƏHƏT

Maraqlı 20:14 22 mar, 2022

Elmi araşdırmalarda çəki azaltmağa kömək edən qidalar

Nələr yesək, sağlam arıqlaya bilərik? - MƏSLƏHƏT

Hər bir yeməyin kalori və qida miqdarı fərqlidir. Onların aclığa, hormonlara və kalori yandırmağa təsirləri də ayrıdır. 

Çünki qidaların komponentləri bədənin müxtəlif metabolik yollarında iştirak edərək fərqli təsirlərə səbəb olur.

 

Paxlalılar  yüksək lif və protein tərkibi ilə toxluq müddətini uzadan qidalardır. Həm də davamlı nişasta adlanan bir növ karbohidrat ehtiva edir. Bu şəkildə çəkini azaltmaq üçün faydalı ola bilər. Bu qrupa mərcimək, quru lobya, lobya və noxud daxildir. Paxlalı bitkilərin bişirmə prosesində az miqdarda yağdan istifadə etmək vacibdir. 

 


Somon kimi yağlı balıqların tərkibində “omeqa 3” olduğu üçün əhəmiyyətli protein qaynaqlarıdır. Somon digər növlərə nisbətən daha az kalorili olan və uzun müddət tox qalmağı təmin edən bir balıqdır. 

Araşdırmalar göstərir ki, qızılbalıq istifadəsi piylənmənin, metabolik xəstəliklərin və iltihablı xəstəliklərin qarşısını almaqda təsirlidir. 

 

 

Yağ tərkibi ilə birlikdə su miqdarı çox olan avakado düşünüldüyü qədər kalorili deyil. Avokado salatlarda istifadə edildikdə çox doyuzdurucu və çəki azaldan bir yemək olaraq seçilir.

  

 

Mal əti və toyuğun döş ətinin pəhrizdə protein mənbələrinin artırdığı və gecə aclığını yarıbayarı azaltdığı təsdiq edilib. Həftədə 3-4 dəfə ət yemək məsləhət görülür, ancaq ürək və qaraciyər kimi xroniki xəstəlikləri olan şəxslərin, xüsusən də qırmızı ətlə əlaqədar həkimə müraciət etməyi vacibdir. 

  

 

Digər bir qida isə A, B, D və E vitaminlərini özündə ehtiva edən Çia toxumudur. Eyni zamanda, bu qida dəmir, yod, maqnezium, kükürd, manqan kimi minerallar ilə zəngindir və linoleik turşuya sahibdir. Çia toxumunun su miqdarı yüksək olduğu üçün istehlak edildikdə mədədə şişir, doyma hissinin daha sürətli meydana gəlməsinə və uzun müddət qorunmasına imkan verir.

 

 

Şorba hazırlayanda tərəvəzlərdən istifadə etməyin kalorini azaltması və toxluq müddətini uzatması sübut edilib.

 

 

Yaşıl yarpaqlı tərəvəzlərdə lif çoxdur və kalorisi çox aşağıdır. Həm də sağlam karbohidratlara malikdir.

Xüsusilə, tərkibindəki kalsiumla birlikdə yağ yandırmağa kömək edir. Yeməyin həcmini artırarkən, kaloriləri artırmayan. Bu qidalarla doymaqla arıqlamaq mümkündür.

Brokoli, gül kələm, kələm və brüssel kələmi kimi tərəvəzlərin lif nisbəti yüksəkdir. Digər tərəvəzlərlə müqayisədə daha çox və daha yüksək keyfiyyətli protein tərkibinə malikdir. Kələm bu xüsusiyyətləri ilə arıqlamağa kömək edir. 

Süd məhsulları proteinlə zəngin qidalardır. Bundan əlavə, tərkibindəki kalsium mineralı çəki azaltmağa kömək edir. Süd məhsullarından pendir, kəsmik daha az karbohidrat və kaloriyə sahib olsa da, daha çox proteinə malikdir.  

 

 

Yağ tərkibinə görə ehtiyatla yanaşılan qidalardan biri olan fındıq uyğun miqdarda istehlak edildikdə son dərəcə faydalı ola bilər. İçindəki lif və sağlam yağlar sayəsində maddələr mübadiləsini dəstəkləyir.

 

 

Yumurtada yüksək keyfiyyətli protein və sağlam yağlar var. Uzun müddət toxluq hissi verərək arıqlamağa kömək edir.