Bakı 15˚C Mostly sunny

Şahbaz Xuduoğluna “Cəngavər” ordeni verildi

Maraqlı 15:35 20 apr, 2022

Mərasim Fransanın Azərbaycandakı səfirliyində baş tutub

Şahbaz Xuduoğluna “Cəngavər” ordeni verildi

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğluna Fransanın “Cəngavər” ordeninin təqdim edilməsi mərasimi keçirilib.

Qazet.az xəbər verir ki, mərasim Fransanın Azərbaycandakı səfirliyində baş tutub.

Azərbaycanlı yazarların da iştirak etdiyi mərasimdə “Cəngavər” ordenini Şahbaz Xuduoğluna Fransanın ölkəmizdəki səfiri Zakari Qross təqdim edib.

Qeyd edək ki, orden Ş.Xuduoğlunun ədəbiyyat sahəsində Fransa-Azərbaycan əlaqələrinin inkişafı, kitabların və əsərlərin nəşrindəki fəaliyyəti, Azərbaycanda qanunun aliliyinin möhkəmləndirilməsinə kömək üçün əsasən Avropa (və xüsusən də fransız) hüquqi mətnlərini tanıtmaq səyləri nəzərə alınaraq ötən ilin oktyabrında layiq görülmüşdü.