Bakı 19˚C Mostly sunny

Şahdağ Milli Parkında ova cəhd edən şəxslər cəzalandırılıb

Hadisə 14:57 20 okt, 2021

Qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb

Şahdağ Milli Parkında ova cəhd edən şəxslər cəzalandırılıb

Şahdağ Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın Quba bölməsinin ərazisində ova cəhd edən şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Qazet.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Əli Quliyev və Quba rayon sakini Səxavət Zalov olduğu müəyyən edilib.

O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.