Şahzadə Filipin ölümünün "həddən artıq işıqlandırılması" səbəbilə BBC-yə rekord sayda şikayət daxil olub
Maraqlı17:5013 aprel, 2021

BBC-yə daxil olan şikayətlərin sayı 110 994-ə çatıb ki, bu da Britaniya televiziyası tarixində yeni bir rekorddur

title
Bizi-da oxuyun

Britaniyanın BBC media korporasiyası izləyici və dinləyicilərindən 110 mindən çox şikayət alıb. İnsanlar Kraliça II Elizabetin həyat yoldaşı, Edinburq Hersoqu Şahzadə Filipin ölümü ilə əlaqədar yayım şəbəkəsindəki dəyişiklikdən narazı qalıblar.

Qazet.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

BBC-yə daxil olan şikayətlərin sayı 110 994-ə çatıb ki, bu da Britaniya televiziyası tarixində yeni bir rekorddur. Televiziya izləyiciləri və radio dinləyiciləri şirkətin Şahzadənin ölümünə həddən artıq çox efir vaxtı ayırmasından və başqa bir şey izləmək istəyənlər üçün seçim qoymamasından gileylənib.

BBC-nin yanaşmasından narazı qalanlar arasında telekanalın keçmiş aparıcısı Saymon Makkoy, habelə jurnalist və siyasətçi Kris Moulin də yer alıb.

Xatırladaq ki, Şahzadə Filipin vəfat etdiyi 9 aprel tarixində İngiltərədəki BBC radio və televiziya kanalları yayım proqramlarını dəyişdirərək verilişləri şahzadəyə həsr ediblər. Bu səbəbdən “The East End Residents” və “America's Best Chief” kimi populyar realiti-şoular efirə getməyib.

Nəticədə 9 aprel axşamı “BBC One”ın tamaşaçıları əvvəlki həftəyə nisbətən 6%, “BBC Two”nun tamaşaçıları isə 65% azalıb.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0