"Samsung" yeni "Galaxy A82 5G" modelini təsdiqləyib
Biznes14:3204 may, 2021

Texnologiya nəhənginin növbəti smartfonlarından biri "Galaxy A82 5G" modeli olacaq

title
Bizi-da oxuyun

Cənubi Koreyanın “Samsung” şirkəti hazırda bir neçə yeni smartfon modeli üzərində işləyir.

Qazet.az şirkətin rəsmi saytına istinadla xəbər verir ki, texnologiya nəhənginin növbəti smartfonlarından biri "Galaxy A82 5G" modeli olacaq.

Təhlükəsizlik tədbirlərinin artırıldığı cihaz artıq iki həftə əvvəl Cənubi Koreyada “Galaxy Quantum 2” adı altında satışa çıxarılıb. Smartfonun xarici bazara çıxarılacaq variantının dizaynının da “Galaxy Quantum 2”yə bənzər olacağı bildirilir.

“Galaxy A82 5G” telefonu 6,7 düyüm “Super AMOLED Infinity-O” ekranına malik olacaq. Cihazın “Snapdragon 855+” prosessoru, 6GB RAM və 128GB daxili yaddaş ilə təchiz ediləcəyi gözlənilir. Smartfonun 4MP genişbucaqlı, 12MP ultrageniş, 5MP makro və 10MP “selfie” kamerası olacaq.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0