"Samsung"un yeni məhsullarının təqdimat tarixi məlum oldu
Dünya15:2321 iyul, 2021

Tədbir markanın "YouTube" kanalında yayımlanacaq onlayn formatda keçiriləcək

"Samsung"un yeni məhsullarının təqdimat tarixi məlum oldu
Bizi-da oxuyun

Cənubi Koreyanın “Samsung” şirkəti yeni cihazlarıının növbəti təqdimat tarixini rəsmi olaraq açıqlayıb.

Qazet.az xəbər verir ki, “Galaxy Unpacked” tədbiri avqustun 11-də baş tutacaq. Tədbir markanın "YouTube" kanalında yayımlanacaq onlayn formatda keçiriləcək.

“Galaxy Unpacked” çərçivəsində yeni nəsil qatlana bilən “Samsung Galaxy Z Fold 3” və “Samsung Galaxy Z Flip 3” smartfonlarının təqdim ediləcəyi gözlənilir. Onlarla birlikdə “Samsung Watch 4” smart-saat və “Samsung Galaxy Buds 2” simsiz qulaqlıqlarının nümayişi də gündəmdədir.

Xatırladaq ki, əvvəlki “Galaxy Unpacked” tədbiri yanvar ayında baş tutmuşdu. “Galaxy S21”, “S21+" və “S21 Ultra” smartfonları, “Galaxy Buds Pro” qulaqlıqları və “Galaxy SmartTag” məhz həmin vaxt ictimaiyyətə təqdim edilmişdi.

 

Kanan Abid

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0