Bakı 13˚C Sunny

Şarl Mişel: “Aİ-nin Azərbaycan Prezidenti ilə müzakirələri davam edir” - FOTO

Siyasət 23:17 23 apr, 2022

Onun sözlərinə görə, əsas məqsəd Cənubi Qafqazın sülh içində olmasıdır

Şarl Mişel: “Aİ-nin Azərbaycan Prezidenti ilə müzakirələri davam edir” - FOTO

Avropa İttifaqı Azərbaycan Prezidenti İlham Əliyevlə Cənubi Qafqaz regionunda vəziyyət və Azərbaycanla əlaqələrin inkişafı ilə bağlı müzakirələri davam etdirir.

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün “Twitter” hesabında məlumat verib.

Onun sözlərinə görə, əsas məqsəd Cənubi Qafqazın sülh içində olmasıdır.

“Aİ dialoqda iştirak etməyə və dəstəkləməyə davam edəcək”, - deyə o, sözlərini yekunlaşdırıb.