Savaşın 27-ci günü: Ordumuz vacib əraziləri azad etdi
Azərbaycan10:5123 oktyabr, 2021

Qubadlının bu əraziləri işğaldan azad edildi

Savaşın 27-ci günü:<span style="color:red"> Ordumuz vacib əraziləri azad etdi</span>
Bizi-da oxuyun

23 oktyabr 2020-ci il. Müharibənin 27-ci günü...

 Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:

Saat - 10:50 - Tərtər, Ağdam və Ağcabədi ərazisi intensiv atəşə tutuldu

Saat - 11:18 - Ermənistana məxsus 2 pilotsuz uçuş aparatı (PUA) məhv edildi
2020-ci il oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 2 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edildi. Digər 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirildi.

Saat - 11:51 - Cəbhədə ağır döyüşlər: Ordumuz vacib əraziləri azad etdi

2020-ci il oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam etdi. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutdu. Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vuruldu, düşmənin bir neçə dayaq məntəqəsi dağıdıldı, vacib ərazi və yüksəkliklər ələ keçirildi.

Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vuruldu. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı yaşandı. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirildi. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilirdi. Məlum oldu ki, Ermənistanın Tavuş və Sisian rayonundan Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edib, fərarilik edərək mövqeləri tərk etdilər.

Saat - 12:19 - Ermənistana məxsus daha bir PUA məhv edildi

Saat - 17:31 - Qubadlının bu əraziləri işğaldan AZAD EDİLDİ

"Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" 2020-ci ilin bu günü bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirdi.

Saat - 17:34 - Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndi işğaldan azad edildi

"Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" Ötən ilin bu günü bunu Prezident İlham Əliyev özünün tvitter hesabında yazdı.

Saat - 22:12 - Düşmənin könüllü dəstələri və döyüş texnikaları DARMADAĞIN EDİLDİ

2020-ci ilin bu günü qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın etdi. Cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edildi.

Fikriniz