Bakı 24˚C Sunny

Səhər ac qarına limon suyu içməyin faydaları

Maraqlı 19:49 13 okt, 2021

C vitamini ilə zəngin limon suyunun bir sıra faydaları var

Səhər ac qarına limon suyu içməyin faydaları

Təzə limon suyu, tərkibindəki antioksidan və xərçəng əleyhinə maddələr səbəbilə əsrlər boyu müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib.

Limon suyunun möcüzələrindən faydalanmaq üçün səhərinizi bir stəkan isti suya sıxılmış yarım limonun suyu ilə başlayın.

Qazet.az xəbər verir ki, antiseptik xüsusiyyətlərə malik olan limon bir çox xəstəliyə qarşı müqavimət göstərir. Xüsusilə ac qarına limon suyu içmək immunitet sistemini gücləndirməyə kömək edir. 

Limonlu su içməyin ən əhəmiyyətli faydalarından biri boğaz ağrısının aradan qaldırılmasıdır. Tənəffüs yolu infeksiyasının qarşısını alır.  

Yatmadan əvvəl limon suyu içmək maddələr mübadiləsini sürətləndirdiyindən arıqlamağa kömək edəcək. Ancaq mədə problemi olanlara yatmazdan əvvəl limonlu su içməmələri tövsiyə olunur.

Limon bədəndən toksinlərin çıxarılmasına da böyük təsir göstərir. Bu səbəblə həm də səhər boş mədəyə içilən limon suyu  toksinləri çıxarmağa kömək edir, həm də yağ yandırmağı asanlaşdıraraq arıqlamağa kömək edir.

Bu üsul böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. Qaraciyər fermentlərinin daha yaxşı işləməsini təmin edir. 

Xüsusilə həzm problemi olanlar üçün limon suyu birbaşa təsir edəcək. Yeməkdən əvvəl limonlu su içmək də revmatik ağrıları aradan qaldırmaqda çox faydalıdır.

Bundan əlavə, ac qarına limon suyu içmək qəbizliyin qarşısını alır və maddələr mübadiləsinin daha yaxşı işləməsinə kömək edir.

Limon suyu C vitamini və mineralların yüksək tərkibi sayəsində toxunulmazlığı gücləndirir. Eyni zamanda revmatik ağrıları rahatlaşdırır, diş və diş əti ağrıları üçün yaxşıdır.  

Limon suyunun həm də qan təzyiqini aşağı salma təsiri var. Bundan başqa, qan şəkərini balanslaşdırır və xərçəng xəstəliyinə qarşı müqavimət təmin edir.

Sağlamlıq baxımından bir çox faydası olan limon suyu həddindən artıq istifadə edilərsə, zərər verə bilər. Limon yüksək miqdarda turşu ehtiva etdiyi üçün limon suyu içmək diş minasına zərər verə bilər. Yenə yüksək turşu tərkibinə görə limon suyu istifadəsi mədə yanmasına və reflüksə səbəb ola bilər. 

Limon suyu da dəmirin udulmasına səbəb ola bilər. Bu, dəmir zəhərlənməsi, ishal və ürəkbulanma kimi bəzi narahatlıqlara səbəb ola bilər. Limon, sitrus meyvəsidir. Sitrus meyvələri allergik reaksiyalara səbəb ola bilər. 

Bəzi hallarda limon suyu bədəndə kalsiumun udulmasına mane ola bilər. Bu səbəbdən böyrək xəstəliyi olan insanlar limon suyundan ehtiyatla istifadə etməlidirlər.