Səhhəti ilə bağlı vaksin edilməyənlərə COVID pasportu veriləcək? - AÇIQLAMA
Azərbaycan14:319 iyun, 2021

 Bəzi vətəndaşlar peyvənd vurdurmaq istəsələr də, tibb müəssisələri səhhəti ilə bağlı problemi olanları peyvənd etməkdən imtina edir

<strong>Səhhəti ilə bağlı vaksin edilməyənlərə COVID pasportu veriləcək? - AÇIQLAMA</strong>
Bizi-da oxuyun

Hazırkı dövrədək Azərbaycanda vurulan vaksin dozalarının sayı 2 milyon 586 min 410-a bərabərdir.

Qazet.az xəbər verir ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 646 min 054, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 940 min 356 nəfərdir.

Koronavirusa qarşı vaksin olunmaq istəyənlər arasında səhhəti ilə bağlı problem yaşayan şəxslər də az deyil. Bəzi vətəndaşlar peyvənd vurdurmaq istəsələr də, tibb müəssisələri səhhəti ilə bağlı problemi olanları peyvənd etməkdən imtina edir.

Belə olan halda bu şəxslərə COVID-19 pasportu veriləcəkmi?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sözçüsü Elnarə Baxışlı Qazet.az-a açıqlamasında bildirib ki, bununla bağlı qərarı Operativ Qərargah verəcək. Sözügedən məsələ ilə bağlı qərar qəbul ediləcəyi və ictimaiyyətə yaxın vaxtlarda bununla bağlı açıqlama veriləcəyi gözlənilir. 

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0

Eksklüziv

Hamısına bax