Bakı 11˚C Windy

Səhiyyə nazirindən vacib AÇIQLAMA: Maska tələbi geri qayıdır?

Cəmiyyət 17:32 29 iyn, 2022

“Xəstəlik indi qrip kimidir”

Səhiyyə nazirindən vacib AÇIQLAMA: Maska tələbi geri qayıdır?

Türkiyənin Səhiyyə naziri maska tələbi ilə bağlı suallara aydınlıq gətirib.

Qazet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fahrettin Koca Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

Səhiyyə Naziri COVİD-19 hadisələrinin artması ilə əlaqədar maska qadağasının geri qaytarılacağına dair sualı cavablayıb:

"Xəstəlik indi qrip kimidir. Amma COVİD-19 ölkədə risk yaratmağa davam edəcək. Risk qrupunda olanların şəxsi ehtiyat tədbirlərinə diqqət yetirmələri vacibdir: Böyük əhəmiyyət kəsb edən qrip artıq sosial narahatlığa səbəb olmaqdan çıxıb. Baxmayaraq ki, xəstələrin sayı artıb, amma pis günlər arxada qaldı".