Bakı 13˚C Cloudy

Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə görüşəcək

İdman 17:01 26 sen, 2021

Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə görüşəcək

Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə görüşəcək

Bu gün şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin ikinci turunun oyunları keçiriləcək.

Qazet.az xəbər verir ki, yarışda Azərbaycanı qrosmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.

İkinci turda Ş.Məmmədyarov Maqnus Karlsenlə qarşılaşacaq. T.Rəcəbov isə ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.

Qeyd edək ki, birinci turda Şəhriyar Məmmədyarov Uesli So (ABŞ), Teymur Rəcəbov Vladislav Artemyevə (Rusiya) uduzublar.