Bakı 9˚C Sunny

Şəkərsiz yulaflı peçenye resepti

Maraqlı 06:45 22 may, 2022

1 həftəyə qədər saxlaya biləcəyiniz resept

Şəkərsiz yulaflı peçenye resepti

Sağlam və şəkərsiz qidalanmağa başlamısınızsa onda bu reseptlərdən faydalana bilərsiniz. 
Qazet.az təbii, doyumcul və vitaminlərlə zəngin olan şəkərsiz peçenye reseptini təqdim edir.

1,5 stəkan yulaf əzməsi 

 2 yumurta, ağı və sarısı ayrılır 

 2 təbii alma

1 stəkan kişmiş  

Yarım stəkan “fruktoza” (meyvə şəkəri) 

1 stəkan doğranmış qoz 

1 paket vanil 

1 çay qaşığı qabartma tozu  

1 çay qaşığı darçın

Qazet.az-ın dadlı reseptləri
 

Hazırlanması:

Almaları rəndələyin və şirəsi buxarlanana qədər kişmişlə birlikdə bişirin. Suyu buxarlanandan sonra qoz və darçın əlavə edin. Ayrı bir qabda yumurta ağını mikserlə köpük halına gələnə qədər qarışdırın. Bu köpüyün içinə yumurta sarısı, “fruktoza” və qalan bütün inqridentləri əlavə edib spatula ilə qarışdırın. 

 

 

Soba qabına yağlı kağız düzün. 1 xörək qaşığı peçenye qarışığını nimçəyə əlavə edin və qaşığın arxası ilə formaya salın. 

Peçenyelərin üzərinə nazik alma dilimləri əlavə edin.  

170 dərəcədə 15 dəqiqə bişirin. 

Nuş olsun!

 

 

 

 

3/4 su stəkanı qədər yulaf əzməsi 

3 ədəd xurma 

1 ədəd tam yetişmiş banan 

1 xörək qaşığı kişmiş  

3 ədəd qoz ləpəsi 

1/2 çay qaşığı darçın  

1/2 paket qabartma tozu

Formalaşdırmaq üçün 1 xörək qaşığı duru yağ

Qazet.az-ın dadlı reseptləri
 

 


 

1 porsiya 3 ədəd olaraq hesablanır. Bağlı bankada otaq temperaturunda 1 həftəyə qədər saxlaya bilərsiniz.

  

Hazırlanması:

Xurmanın tumunu çıxarın və üzərini örtəcək qədər isti su əlavə edin. 10 dəqiqə yumşalaraq dincəlsin.

İstəyə görə yulafları una çevrilənə qədər blenderlə üyüdə bilərsiniz və ya blendersiz də istifadə edə bilərsiniz.

Daha sonra isladılmış xurmanı püre halına gələnə qədər blenderdən keçirin.

Bananı bir qabda püre halına gələnə qədər çəngəllə əzin. 

Əzilmiş bananın üzərinə yulaf, əzilmiş xurma, kişmiş, qoz, darçın və qabartma tozunu əlavə edin.

Bütün inqridentləri qaşıqla qarışdırın.

 

 

 Yağlı kağızda bərabər ölçülərdə yerləşdirin.

Qaşığın arxasını yağla yağlayın və peçenyeləri formaya salın.

Əvvəlcədən isidilmiş sobada 180 dərəcə 15 dəqiqə bişirin. 

Nuş olsun!