Bakı 20˚C Mostly sunny

Şəkidə mikroavtobus 12 yaşlı yeniyetməni vurub

Hadisə 00:01 22 may, 2022

 Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onun vəziyyəti orta-ağırdır

Şəkidə mikroavtobus 12 yaşlı yeniyetməni vurub

Şəkidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az-ın məlumatına görə, hadisə axşam saatlarında, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəkinin Suçma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Səməd Qurbanov idarə etdiyi "Ford" markalı mikroavtobusla hərəkətdə olarkən 2010-cu il təvəllüdlü Elvin Məmmədlini vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onun vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, mikroavtobus Zaqatala-Bakı marşrut xətti ilə hərəkət edirmiş.

Faktla bağlı araşdırma aparılır.