Bakı 22˚C Mostly sunny

Səkkiz ildən sonra bu filmlə ekranlara qayıdır

Maraqlı 12:39 30 iyn, 2022

Bu barədə aktrisa öz instaqram hekayəsində məlumat verib

Səkkiz ildən sonra bu filmlə ekranlara qayıdır

Səkkiz il davam edən fasilədən sonra amerikalı aktrisa Kameron Dias yenidən səhnələrə qayıdır.

Qazet.az xəbər verir ki, bu barədə aktrisa öz instaqram hekayəsində məlumat verib.

49 yaşlı aktrisa “Netflix” filmi olan “Yenidən fəaliyyətdə”də (“Back in Action”) amerikalı həmkarı Ceymi Foksla birlikdə rol alacaq.

54 yaşlı Foks öz tviter hesabında bildirib ki, filmin istehsalına bu il başlanılacaq.

Qeyd edək ki, Dias sonuncu dəfə 2014-cü ildə “Annie” filminə çəkilib.