Bakı 14˚C Sunny

Səlcuk Bayraktar: “Təyyarələrdən sonra tezliklə "TEKNOFEST Azərbaycan"a gələcəyik" -Video

Gündəm 00:26 22 may, 2022

Festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, sənaye və texnologiya naziri Mustafa Varank və digər şəxslər iştirak edəcəklər

Səlcuk Bayraktar: “Təyyarələrdən sonra tezliklə "TEKNOFEST Azərbaycan"a gələcəyik" -Video

“Birinci təyyarə səhər getdi, ikinci yoldadır. Təyyarələrdən sonra biz də tezliklə “TEKNOFEST Azərbaycana gələcəyik”.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar tviter hesabında yazıb.

“TEKNOFEST Azərbaycan” festivalı mayın 26-29-da keçiriləcək. Festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, sənaye və texnologiya naziri Mustafa Varank və digər şəxslər iştirak edəcəklər.