Bakı 8˚C Windy

"Seltik" qələbə qazandı - Avropa liqası

İdman 00:00 20 okt, 2021

"Seltik Park" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb

"Seltik" qələbə qazandı<span style="color:red"> - Avropa liqası</span>

UEFA Avropa Liqasının qrup mərhələsində III tura start verilib.

Qazet.az xəbər verir ki, məlumatına görə, ilk oyun günündə 1 görüş keçirilib.

Günün yeganə matçı G qrupunda Şotlandiya "Seltik"i ilə Macarıstan "Ferentsvaroş"u arasında olub. Qlazqo şəhərindəki "Seltik Park" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hər 2 qol ikinci hissədə vurulub. 57-ci dəqiqədə Kyoqo Furuhasi, 81-ci dəqiqədə isə Devid Ternbull fərqlənib.

Qrup mərhələsində ilk qələbəsini və xallarını qazanan "Seltik" 3-cü pilləyə yüksəlib. Xalı olmayan "Ferentsvaroş" sonuncu sırada yer alıb. Qrupa hərəyə 6 xalla Almaniya "Bayer"i və İspaniya "Betis"i başçılıq edir. Yeri gəlmişkən, bu komandalar arasında görüş oktyabrın 21-də İspaniyada keçiriləcək.