Bakı 20˚C Mostly sunny

Səməd Seyidov Avropada insan haqları üzrə məruzəçisi seçilib

Gündəm 17:55 28 sen, 2021

Seçki Avropa Şurasının siyasi məsələlər üzrə Komitəsində keçirilib

Səməd Seyidov Avropada insan haqları üzrə məruzəçisi seçilib

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın “Avropada ultrasağçı ideologiyanın demokratiyaya çağırışları və insan haqları” mövzusu üzrə məruzəçi seçilib.

Qazet.az xəbər verir ki, seçki Avropa Şurasının siyasi məsələlər üzrə Komitəsində keçirilib.

S.Seyidovun namizədliyini Avropa mühafizəkarlar və demokratik alyans qrupu irəli sürüb.

Avropa Şurasının siyasi məsələlər üzrə Komitəsinin bütün üzvləri Azərbaycan nümayəndəsinin məruzəçi seçilməsini dəstəkləyib.