Bakı 14˚C Sunny

Şəmkirdə strateji əhəmiyyətli su borusundan oğurluq edən şəxslər saxlanılıb - FOTO

Hadisə 14:35 22 okt, 2021

Şəmkir RPŞ-də zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

Şəmkirdə strateji əhəmiyyətli su borusundan oğurluq edən şəxslər saxlanılıb -<span style="color:red"> FOTO</span>

Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinə Şəmkirçay Su anbarı və Magistral Kanalların İstismarı idarəsindən məlumat daxil olaraq, idarəyə məxsus, strateji əhəmiyyətli, yüksək təzyiqli boru kəmərlərinin 16 ədəd dayaq yastıqlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması bildirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qazet.az-a verilən məlumata görə, müraciətlə ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar həyata keçirib.

Keçirilən təxrə salınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, rayon sakinləri- Orxan Hüseynov, Vüqar Məmmədov, İbrahim Səfərov, Vüsal Məhərrəmov, Eşqin Aslanov və Elşən Məmmədov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər ümumi dəyəri 15 600 manat olan 16 ədəd dəmir yastıqları oğurladıqlarını və metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

Hazırda cinatətdə digər şəxslərin də iştirak etməsi istisna edilmədiyindən Şəmkir RPŞ-də zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.