Bakı 10˚C Sunny

Şəmkirdəki dəhşətli qətllə bağlı RƏSMİ MƏLUMAT

Hadisə 11:44 28 fev, 2022

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Şəmkirdəki dəhşətli qətllə bağlı RƏSMİ MƏLUMAT

Fevralın 27-si saat 11 radələrində 1998-ci il təvəllüdlü Aytac Piriyevanın aldığı xəsarətlərdən ölməsi barədə Şəmkir rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan Qazet.az-a daxil olan məlumatda deyilir:

"Aparılmış ilkin araşdırmalarla Şəmkir rayonu İrmaşlı kənd ərazisində zərərçəkmişin əmisi oğlu 1998-ci il təvəllüdlü Piri Piriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aytac Piriyevaya bıcaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Piri Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".