Bakı 14˚C Intermittent clouds

Şərəf Malkoç: "Ermənistanın mina xəritələrini verməsi üçün çalışacağıq"

Siyasət 14:36 15 sen, 2021

Türkiyənin Baş Ombudsmanı erməni vəhşiliyindən danışdı

Şərəf Malkoç: "Ermənistanın mina xəritələrini verməsi üçün çalışacağıq"

"Biz Ağdama, Tərtərə, Şuşaya və ətraf rayonlara səfər edəcəyik".

Qazet.az-ın məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında deyib.

Vladanka Andreyeva: “Məcburi köçkünlərin işğaldan azad olunmuş yerlərə təhlükəsiz qayıdışı üçün səylərin dəstəklənməsinə tam sadiqik”

O bildirib ki, səfər zamanı ermənilərin, erməni rəsmilərinin xüsusilə tarixi miras üzərində həyata keçirdikləri təxribatlar görünəcək: "Ermənilər azad olunmuş ərazilərin böyük bir hissəsini minalayıblar. Amma təəssüflər olsun ki, onlar mina xəritələrini Azərbaycana vermədilər. Biz xüsusilə mina xəritələrinin verilməsi, həmin ərazilərdə insanların həlak olmaması üçün çalışacağıq. Ümid edirik ki, İƏT-in hesabatı hazır olduqdan sonra təsiri olacaq. Bu hesabatı da BMT-yə və beynəlxalq insan hüquqları ilə məşğul olan qurumlara göndərəcəyik".