Bakı 25˚C Partly sunny

Sərkisyan BƏƏ-də hansı səviyyədə görüşlər keçirir?

Gündəm 17:21 16 yan, 2022

İki gündür BƏƏ-də olan Armen Sərkisyan yalnız bu gün Birləşmiş Ərəb Əmirliklərinin XİN rəhbəri ilə görüşməyə nail ola bilib.

Sərkisyan BƏƏ-də hansı səviyyədə görüşlər keçirir?

Ermənistan Prezidenti Armen Sərkisyanın 14 yanvarda Birləşmiş Ərəb Əmirliklərinə “işgüzar səfəri” ilə bağlı maraqlı məlumatlar yayılır.

Qazet.az xəbər verir ki, iki gündür BƏƏ-də olan Armen Sərkisyan yalnız bu gün Birləşmiş Ərəb Əmirliklərinin XİN rəhbəri ilə görüşməyə nail ola bilib. Bildirilir ki, nazir Abdulla bin Zaid ən-Nəhyanla Sərkisyan “regional təhlükəsizlik və stabilliyi” müzakirə ediblər. Sərkisyan Ermənistanın qarşısında duran problemlərdən və keçmiş Qarabağ münaqişəsindən də danışıb.

Abdulla bin Zaid ən-Nəhyanın isə yalnız Ermənistanla enerji, informasiya texnologiyaları, qida təhlükəsizliyi və turizm sahəsində əməkdaşlıqla bağlı mövzulara maraq göstərdiyi qeyd edilib.

Yeri gəlmişkən, yanvarın 14-də BƏƏ-yə gələn Sərkisyanın özü də olmasa, xanımı dünən nəsə edə bilib. Nune Sərkisyan sərgiləri gəzib.

Qeyd edək ki, Sərkisyan ötən ilin sonlarına doğru ərəb ölkələrinə ziyarətə başlamışdı. Dekabr ayında Səudiyyə Ərəbistanı və Qətəri ziyarət etmişdi.

Oktyabrda isə BƏƏ-yə getmişdi. Onun 3 aydan sonra yenidən BƏƏ-yə niyə getməsinin əsl səbəbi çox maraqlıdır.