Sərkisyanın adamı həbs olundu
Dünya22:1413 iyun, 2021

O, seçici səslərinin satın alınmasına ittiham edilib.

Sərkisyanın adamı həbs olundu
Bizi-da oxuyun

Ermənistanın Armavir şəhərinin sabiq meri, Şərəf Duyuram blokundan deputatlığa namizəd Ruben Xlqatyan məhkəmənın qərarına əsasən həbs edilib.

Qazet.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun nümayəndəsi Qor Abramyan Feysbuk səhifəsində yazıb.

O, seçici səslərinin satın alınmasına ittiham edilib.

Xlqatyanla yanaşı Canfida kənd sakini Q.P-nin də həbs edildiyi bildirilib.

Qeyd edək ki, Xlqatyan bir neçə gün əvvəl saxlanılmışdı. Onun saxlanılmasının səbəbinin siyasi motivli olduğu deyilirdi. Təmsil olunduğu blok keçmiş prezident Serj Sərkisyana məxsusdur.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0