Bakı 16˚C Partly sunny

Sərxoş sürücülərə qarşı SƏRT TƏDBİLƏR – Cəza şərtləri ağırlaşdırılır

Cəmiyyət 13:01 16 okt, 2021

Cəza şərtləri ağırlaşdırılır

Sərxoş sürücülərə qarşı SƏRT TƏDBİLƏR – Cəza şərtləri ağırlaşdırılır

Avropa cəmiyyəti içkili vəziyyətdə avtomobil idarə etməyi təkrarlayan şəxslərin sürücülük vəsiqəsindən ömürlük məhrum edilməsi ilə cəzalanmasına mənəvi cəhətdən hazırdır. Belçikanın “UCLouvan” universitetinin professoru De Voqelin fikrincə qaydalar get-gedə sərtləşir.

Qazet.az xəbər verir ki, Rusiya da cəza tədbirlərini sərtləşdirib, içkili maşın sürənləri sürücülük vəsiqəsindən ömürlük məhrum etmək niyyətindədir. 
 
Belçikçalı professorun sözlərinə görə isə qərb cəmiyyəti də belə sərt cəzalara hazırdır:

“Amma xüsusi məqamlarda, yəni qanda alkoqoloun miqdarı həddən artıqdırsa, qəza zamanı ölən və xəsarət alanlar olubsa, sürücülük vəsiqəsindən ömürlük məhrum etmək olar”.

“RİA Novosti” müsahibənin davamını hazırda həyata keçirilən cəza tədbirləri ilə davam etdirib. Belə ki, əksər ölkələrdə içkili sürücülüklər mübarizə yüksək cərimə və həbslə gerçəkləşdirilir. Sanksiyaların maksimumu isə belədir:

Böyük Britaniyada 3 ay həbsxana cəzası və 2500 funt (6 min AZN) cərimə tətbiq olunur.
İspaniyada içkili vəziyyətdə maşın sürənlərin sürücülük vəsiqəsi 1 ildən 4 ilə kimi ləğv oluna bilər.

Avstriyada 6 aylıq sürücülük vəsiqəsindən məhrum edilmək və 6 min avro (12 min AZN) cərimə qüvvəyə düşür.

Almaniyada ən sərt cəza sürücülük vəsiqəsindən 5 il, təkrarlanan halda isə ömürlük məhrum edilmə cəzası var. 

Fransada iki il həbs, 4.5 min avro (9 min AZN) cərimə, 3 illik avtomobil idarə etmək qadağası gözlənilir.

İçkili halda maşın sürənlər İtaliyada 6 min avro (12 min AZN) cərimələnir, 1 ilə kimi həbs oluna bilər, 2 illik sürücülük vəsiqəsi ləğv olunur. Bununla yanaşı, avtomobil də müsadirə edilir.

Serbiyda 2 aya qədər həbs, çoxlu cərimə balları, 9 aylıq sürücülük vəsiqəsindən məhrum edilmə mümkündür. 

Bəs Azərbaycanda sərxoş sürücülərə qarşı hansı cəzalar tətbiq edilir? 

Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi - dörd yüz manat və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 

Qeyd:

1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir.

2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi isə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.

Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsi nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. (333.4)

Zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. 

Maddə 334. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi

334.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

334.2. inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

334.3. Xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması səkkiz yüz manat və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

334.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsi bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

334.5. Bu Məcəllənin 334.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi, yaxud həmin xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

Sükanda yatıb həbsxanada oyanmaq istəməyənlərin bu istiqamətdə maariflənməsi lazımdır. Çünki gün ərzində baş verən qəzalar arasında sürücülük təcrübəsizliyi ilə yanaşı əsas səbəblərdən biri də avtomobili içkili vəziyyətdə idarə edənlərdir. Bu isə cəza tədbirlərinin sərtləşdirilməsi və cərimələrin artırılmasına şərait yaradır. İnsanların həyat təhlükəsizliyi və sağlamlığının daha önəmli olduğu nəzərə alınsa, cəzaların sərtləşdirilməsi normaldır.

P.S. Avropada içkili maşın sürməyin cəriməsi elə maşının qiyməti qədərdir. Əslində “ya maşın, ya içki” seçim yolayrıcı sərxoş sürücülərlə mübarizənin ən optimal variantlarındandır.