Bakı 21˚C Sunny

Sərxoş tutuquşular şəhəri işğal etdi - FOTO

Maraqlı 12:36 23 dek, 2021

Buna səbəb lələklilərin qıcqırmış manqo ilə qidalanması olub

Sərxoş tutuquşular şəhəri işğal etdi - <span style="color:red">FOTO</span>

Avstraliyanın Brum şəhərinin sakinləri sərxoş tutuquşuların istilasına məruz qalıblar. 

Qazet.az-ın məlumatına görə, buna səbəb lələklilərin qıcqırmış manqo ilə qidalanması olub.

Kimberli bölgəsində manqo mövsümünün sonunda düşmüş meyvələr çürüməyə başlayır, həmçinin günəşə görə fermentasiya prosesi başlayır. Şəkəri yüksək olan manqo fermentləşərək spirt istehsal edir.

Meyvələr quşları cəlb edib, buna görə də şəhərdə sərxoş tutuquşuların istilası baş verib. Qırmızı qanadlı tutuquşular acgözlüklə qıcqırmış şirəni içiblər.

Bəzi quşlar bundan sonra çox yaşamırlar: çünki yırtıcılar üçün asan ova çevrilirlər. Bəzi sakinlər isə onları yerli baytarlara aparır.

Quşlarda etanol zəhərlənməsi müəyyən olunub. Baytarlar hesab edir ki, bir çox tutuquşu vaxtında yardım almadığı üçün ölüb.

“Onlar adətən bir neçə gün əziyyət çəkirlər. Alkoqolun təsiri altında çox yuxulu və qida çatışmazlığının müxtəlif mərhələlərində olurlar. Bu vəziyyətdə tutuquşular pişiklərə və digər yırtıcılara qarşı həssasdırlar” - deyə yerli baytarlardan biri deyib.

 

Mənbə: “The Fox Melbourne”