Bakı 15˚C Mostly sunny

Slovakiya Azərbaycana minatəmizləmə texnikasını göndərəcək

Siyasət 16:03 19 okt, 2021

Slovakiya XIN başçısı İvan Korçok Ceyhun Bayramovla birgə konfransı zamanı açıqlayıb

Slovakiya Azərbaycana minatəmizləmə texnikasını göndərəcək

“Yaxın həftələrdə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılmış və 44 gün davam edən Zəfərin ildönümünü qeyd edəcəyik. Azərbaycan torpaqlarının azad edilməsi və Slovakiyanın bölgənin inkişafına hansı töhfələr verəcəyi məsələlərini müzakirə etdik”.

Bunu Azərbaycanın XİN başçısı Ceyhun Bayramov bu gün Slovakiyanın xarici işlər və Slovakiya Azərbaycana minatəmizləmə texnikasını göndərəcək

Onun sözlərinə görə, Azərbaycan azad olunan ərazilərin minlardan təmizlənməsi sahəsində Slovakiya ilə əməkdaşlıq edir: “Slovakiyadan 7 minatəmizləmə texnikasının alınması ilə bağlı ANAMA tərəfindən müvafiq sənəd imzalanıb. Bu yaxınlarda həmin texnikanın birinci hissəsi Azərbaycana gətiriləcək”.

O eyni zamanda qeyd edib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur.