Bakı 16˚C Partly sunny

SOCAR-dan benzinin qiyməti ilə bağlı AÇIQLAMA

Gündəm 14:57 29 noy, 2021

“Ölkəmizə idxal olunan yanacağın qiymətini bazar müəyyənləşdirir"

SOCAR-dan benzinin qiyməti ilə bağlı <span style="color:red">AÇIQLAMA</span>

“Azərbaycanda benzinin qiymətini tənzimləyən qurum Tarif Şurasıdır. Gələcəkdə ölkəmizdə Aİ-95 benzini istehsal olunduqdan sonra onun qiyməti dövlət tərəfindən müəyyən edilə bilər”.

Bunu Qazet.az -a açıqlamasında SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov deyib.

“Ölkəmizə idxal olunan yanacağın qiymətini bazar müəyyənləşdirir. İstehsal olunan dizel və benzinin qiymətini dövlət təyin edir. Gələcəkdə ölkədə istehsal olunacaq Aİ-95 benzininin qiymətini dövlət və ya bazarın müəyyənləşdirməsi SOCAR-ın səlahiyyətində deyil”.