SOCAR: Küləkli hava ilə bağlı neftçilər təhlükəsiz ərazilərə köçürülür - EKSKLÜZİV
Eksklüziv11:3323 fevral, 2021

Bu barədə Qazet.az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib

title
Bizi-da oxuyun

"Küləkli havanın gözlənilməsi ilə əlaqədar olaraq istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib, açıq səthlərdə aparılan işlər dayandırılıb, idarə aparatında və sahələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub".

Bu barədə Qazet.az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. Onun sözlərinə görə, neftçilərin bəziləri təhlükəsiz yerlərə köçürülüb.

"İndiyə qədər 45 əməkdaş dəniz özülləri arasında daha təhlükəsiz yerlərə köçürülərək əsasən Neft Daşlarına gətirilib".

Qeyd edək ki, fevralın 23-ü axşamdan Xəzər dəniz akvatoriyasında – Bakıda və Abşeron yarımadasında Şimal-Qərb, Şimal küləyinin 18-23 m/s-dək, arabir 25-30 m/s-ə qədər, fevralın 24-də isə yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi ehtimal edilir.

Dənizdə dalğanın hündürlüyünün 2,0-4,0 metrə, sonrakı inkişafda 5,5-7,5 metrə çatacağı gözlənilir.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0

Eksklüziv

Hamısına bax