Bakı 17˚C Sunny

Son 10 ildə qəhvə qiymətləri kəskin artdı

Biznes 22:52 11 fev, 2022

Qeyd edək ki, qiymətlər 1.8 faiz artaraq bir funtu (1 Pound ≈ 0,453 kiloqram) 2,53 dollara yüksəlib (1 kq = 5,47 dollar).

Son 10 ildə qəhvə qiymətləri kəskin artdı

Səhmlərin azalması ilə bağlı narahatlıqlar fonunda Nyu Yorkda fyuçers qəhvə qiymətləri 2011-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.

Qazet.az xəbər verir ki, dünyanın ən böyük qəhvə dənələri istehsalçısı olan Braziliyada əlverişsiz hava şəraiti, tədarük zəncirindəki problemlər, yükdaşıma və logistika xərclərinin artması səbəbindən “Arabica” qəhvəsinin qiyməti keçən il iki dəfə artıb.

Almaniyanın “Commerzbank"nın analitiki Karsten Fritsç bildirib ki, əlverişsiz hava şəraiti və qəhvə ehtiyatlarının davamlı azalması narahatlığa səbəb olur: “Braziliyadan yeni məhsullar gələndə “Arabica” qəhvə təchizatında vəziyyət yaxşılaşa bilər".

Qeyd edək ki, qiymətlər 1.8 faiz artaraq bir funtu (1 Pound ≈ 0,453 kiloqram) 2,53 dollara yüksəlib (1 kq = 5,47 dollar).

Dünya bazarında şəkər də bahalaşıb.

teleqraph