Bakı 14˚C Sunny

"Son altı gündə düşən yağıntı aylıq norma qədər olub" - Umayra Tağıyeva

Gündəm 11:33 07 okt, 2021

Milli Hidrometeorologiya Xidməti həftə ərzində düşən yağıntılardan danışıb

"Son altı gündə düşən yağıntı aylıq norma qədər olub" - <span style="color:red">Umayra Tağıyeva</span>

“İlin hər bir fəsli hava şəraitinin fərqləndirici xüsusiyyətləri ilə bərabər özünəməxsus gözəllikləri ilə seçilir. Payız fəsli də bu baxımdan istisna deyil. Payızın ortalarında artıq günlərin qısalması və havaların soyuması daha çox hiss edilir”.

“Bu ilin oktyabr ayı havanın temperaturunun aşağı düşməsi, yağışlı və çiskinli günlərlə başlayıb. Hətta bəzi bölgələrdə son altı gündə ay ərzində düşən miqdarda yağıntı qeydə alınıb, yağıntılar intensiv və güclü olub, dağlıq ərazilərdə qar yağıb”.

Qazet.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva

O deyib ki, ayın əvvəli son illərdə oktyabr ayında müşahidə edilən hava şəraitindən xeyli fərqlənib: “Paytaxt buludlara bürünüb, tutqun payız ab-havası bizi əhatə edib, hər gün yağış yağıb. Bu, Mərkəzi Rusiyadan gələn soyuq antisiklonun və tədricən ərazimizə daxil olan soyuq atmosfer cəbhələrinin təsiridir”.

U. Tağıyevanın sözlərinə görə, düşən yağıntının miqdarı Şəmkirdə aylıq normanın 94, Ağstafada 103, Oğuzda 93, Balakəndə 98, Zaqatalada 111, Lənkəran-Astara zonasında 23-41 faizini (63-103 mm) təşkil edib: “Bu ay eyni zamanda sel hadisələri qeydə alınıb. Yağan leysan yağışlar nəticəsində Əsrikçay-Əsrikcırdaxan (Tovuz), Girdimançay-Qaranohur (İsmayıllı), Talaçaydan (Zaqatala) sel keçib. Qar örtüyünün hündürlüyü Şahdağda 4, Qrız, Xınalıqda 3, Ləzədə 2 sm təşkil edib. Havanın orta sutkalıq temperaturu 16.9, 2020-ci ilin müvafiq dövründə isə 20.2 dərəcə isti olub ki, bu da ötən illə müqayisədə 3.3 dərəcə aşağıdır”.