Bakı 7˚C Sunny

SON DƏQİQƏ: İstanbulda güllələnən azərbaycanlı aktyor VƏFAT ETDİ - FOTO - VİDEO - YENİLƏNDİ

Gündəm 11:12 24 may, 2022

Həkimlərin səylərinə baxmayaraq, K.Dadaşzadənin həyatını xilas etmək olmayıb

SON DƏQİQƏ: İstanbulda güllələnən azərbaycanlı aktyor VƏFAT ETDİ - FOTO - VİDEO - YENİLƏNDİ

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında İstanbulun mərkəzində baş vermiş atışma zamanı tanınmış azərbaycanlı aktyor Kamran Dadaşzadə ağır yaralanıb.

Qazet.az-a daxil olan son məlumata görə, həkimlərin səylərinə baxmayaraq, K.Dadaşzadənin həyatını xilas etmək olmayıb.

Allah rəhmət eləsin!

xxx

00:30

Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində iki qrup arasında baş verən silahlı insident nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb.

Qazet.az "Azxəbər"ə istinadla xəbər verir ki, xəsarət alanlardan biri tanınmış azərbaycanlı aktyor Kamran Dadaşzadədir. Onun həyati təhlükəsinin olduğu və vəziyyətinin kritik olduğu öyrənilib.

Münaqişə zamanı bir nəfərin polisin silahını götürərək qarşı tərəfə atəş açması kameraya əks olunub.

Davaya müdaxilə etmək istəyən polis məmuru boyun və kürəyindən xəsarət alıb.

Toqquşmada Zahide Bozan, Fatih Çakırtaş, Ahmet Memiş, Suat Alp, Ahmet Korkular, Kamran Dadaşzadə və İbrahim Halil Küçükyılmaz yaralanıb.

Hadisə yerinə çox sayda polis gəlib.

Məlum olub ki, Polat Öztürk, Ayhan Öztürk, Mahmut Korkular və Remzi Korkular arasında əvvəllər də düşmənçilik olub.

Hadisə yerində onlarla şübhəli insan saxlanılıb.

Qeyd edək ki, yaralanan aktyor Kamran Dadaşzadə "Savaşçı" filmində rol alıb.

Onun fotosunu təqdim edirik: