Bakı 8˚C Sunny

“Son günlərdə yaşayış məntəqələrimizdə dronlar görürük” - Ermənilər təşvişdə

Siyasət 16:35 25 okt, 2021

Erməni siyasi xadim son günlərdə yaşayış məntəqələrində dronların göründüyündən danışırıq

“Son günlərdə yaşayış məntəqələrimizdə dronlar görürük” - <span style="color:red">Ermənilər təşvişdə</span>

“Dərələyəz mahalı sakinləri təşvişə düşüb”.


Qazet.az Ordu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Hayeli” nəşrinə erməni milliyətçi siyasi xadim Tiqran Yeğoyan bildirib.


Tiqran Yeğoyanın sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanımaq üçün hər şeyi edir və noyabrın 9-da Ermənistan yeni sənədlə təhlükəli problemlərlə üzləşə bilər.


“Artıq yaranan qəzəbi dayandırmaq mümkün olmayacaq. Hər kəsə xəbərdarlıq edirəm ki, son günlərdə yaşayış məntəqələrimizdə dronlar görürük”, - deyə o qeyd edib.