Bakı 21˚C Mostly sunny

Son sutka 101 yanğına çıxış oldu - FHN

Cəmiyyət 15:47 01 iyl, 2022

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib

Son sutka 101 yanğına çıxış oldu - FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Qazet.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 101 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 9 nəfər, o cümlədən “Mərdəkan” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi olan 2 nəfər dalğıc-xilasedicilərin çevik müdaxiləsi nəticəsində xilas edilib. Həmçinin, 27.06.2022-ci il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Hacıhüseynli kəndi ərazisindən keçən hissəsində batmış 1995-ci il təvəllüdlü Əmirov Rəvan Zakir oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.