Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı artıb
Gündəm16:3210 iyun, 2021

Analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib

title
Bizi-da oxuyun

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 992 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 907 nəfər müalicə olunaraq sağalıb, 4 951 nəfər vəfat edib. 2 134 nəfər aktiv xəstə sayını təşkil edib.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0