Bakı 16˚C Partly sunny

"Sonda həmişə hesabları ödəməlisən" - Podolyak

Gündəm 00:55 20 may, 2022

Xatırladaq ki, bundan əvvəl Bundestaqın büdcə komitəsi keçmiş kansler Gerhard Şröderi bəzi xüsusi hüquqlardan məhrum etmişdi. 

"Sonda həmişə hesabları ödəməlisən" - Podolyak

Şröderə qarşı sanksiyalar Almaniya hakimiyyətinin Avropada Putinin maraqlarının lobbiləşdirilməsinə təbii reaksiyasıdır.

"Qazet.az" xəbər verir ki, bu barədə  Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də yazıb.

"Avropa sanksiyaları və şəxsi imtiyazlardan məhrumetmə Almaniyanın keçmiş kansleri Gerhard Sröderin şərəfsiz sonudur. Sonda həmişə hesabları ödəməlisən. Öz xalqına və tarixinə etinasızlıq Putinin hər bir lobbiçisinin taleyidir" - Podolyak yazıb.

Xatırladaq ki, bundan əvvəl Bundestaqın büdcə komitəsi keçmiş kansler Gerhard Şröderi bəzi xüsusi hüquqlardan məhrum etmişdi. Sanksiyalar onun Rusiya prezidenti Vladimir Putinin siyasətini dəstəkləməsi ilə əlaqədar tətbiq edilib.