Bakı 15˚C Mostly sunny

SOS! Bakıda tikinti şirkəti ağacları sökür - FOTO

Cəmiyyət 13:46 19 may, 2022

Ağaclar kəsilərək məhv edilib

SOS! Bakıda tikinti şirkəti <span style="color:red">ağacları sökür - FOTO</span>

Bakının Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində (Uşaq Nevroloji Xəstəxanasının yanı) çoxmərtəbəli bina ucaldan tikinti şirkəti ərazidəki bütün ağacları kəsib. Bu barədə  yaxınlıqda yaşayan sakinlər məlumat verib.

Qazet.az  Haqqın.az-a istinadən xəbər verir ki, ərazidəki fərdi evlərin söküldüyü bildirilir. Onların yerində hündürmərtəbəli binaların tikilməsi nəzərdə tutulur.
“Bütün yerli ağacları özümüz əkmişik. Təəssüf ki, onlar indi məhv edilir. Onların əksəriyyəti meyvə ağaclarıdır. Yayda həmişə onların kölgəsində dincəlirdik”, – yerli sakin deyir.

Bu ərazidə tikinti işlərini Etibar İnşaat - K MMC həyata keçirir. Şirkətin fəaliyyəti və tikdirdiyi binalar barədə rəsmi mənbələrdə məlumat yoxdur. Məsələ ilə bağlı şirkətin direktoru Aydın İsmayılovla bildirib ki, ağaclar Ramana kəndinə aparılıb. 
Sakinlərin çəkdiyi videolardan da görünür ki, ağacların ən azı bir qismi kökündən çıxarılmayıb, sadəcə olaraq kəsilərək məhv edilib. Söhbət iri, çoxillik şam ağaclarından gedir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu barədə “Azeri Daily”yə bildirib ki, məlumat dünən nazirliyə daxil olub və dərhal araşdırmalara başlanılıb.

Nazirliyin Dövlət Ekoloji Mühafizə Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, artıq qanun pozuntuları faktları qeydə alınıb. Faktla bağlı şirkət rəhbəri barəsində akt tərtib edilib və qanuni tədbirlər görülür.