Bakı 12˚C Partly sunny

Soyuq aylarda bədənə ən çox hansı vitamin lazımdır?

Cəmiyyət 10:47 03 okt, 2021

Qanımız ondan asılıdır

Soyuq aylarda bədənə ən çox hansı vitamin lazımdır?

Havaların soyuduğu, respirator xəstəliklərin çoxaldığı payız ayında orqanizmi vitamin və minerallarla gücləndirmək lazımdır. Bədənin ən çox ehtiyac duyduğu vitamin isə B12 imiş.

Qazet.az medicina.az-a istinadən bildirir ki, türkiyəli terapevt Cuma Emiroğlu payız başlayandan B 12 vitamini ilə zəngin qidalar qəbul etməyi və ya B12 preparatlarından istifadə etməyi tövsiyə edib.

Fəslin dəyişməsi ilə qanda dəyişiklik olur, insan özündə yorğunluq hiss edir. Yorğunluq, enerjisizlik isə B12 çatışmazlığını göstərir.

"Bu mərhələnin orqanizmə neqativ təsirini azaltmaq üçün masanızdan zülal, kalsiy, maqniy, eləcə də B12 ilə zəngin qidalar əskik olmamalıdır.

Qanda B12 əskikliyi depressiya, əhvalsızlıq, yaddaşda problemlər yaradır. İnsan gündəlik həyatını sürdürmək üçün enerjisiz olur.

Bunun üçün mal əti, quş əti, qaraciyər, balıq, qarabaşaq, qırmızı meyvələr, pendir, süd, yumurta, kürü, itburnu, limon, qırmızı bibər bol yeyilməlidir".