Bakı 15˚C Mostly sunny

Spirtli içki üçün ən yaxşı “zakuska” açıqlandı

Maraqlı 11:38 29 dek, 2021

Bunu Rusiya Federasiyası Səhiyyə Nazirliyinin və Moskva Səhiyyə Departamentinin baş ştatdankənar psixiatr-narkoloqu Yevgeni Brun bildirib

Spirtli içki üçün ən yaxşı “zakuska” açıqlandı

Alkoqollu içkilərlə birlikdə istifadə üçün ən uyğun qəlyanaltı kartof püresidir.

Qazet.az xəbər verir ki, bunu Rusiya Federasiyası Səhiyyə Nazirliyinin və Moskva Səhiyyə Departamentinin baş ştatdankənar psixiatr-narkoloqu Yevgeni Brun bildirib.

O, öz seçimini kartof püresinin alkoqolun qana sovrulması prosesini ləngitməsilə izah edib.

Ekspert həmçinin, spirtli içkilərin şirniyyat və qazlı içkilərlə birlikdə istifadəsini təhlükəli adlandırıb.

O, həmçinin Yeni il gecəsi üçün aşağı dərəcəli yüngül içkilər, xüsusən də quru ağ şərab seçməyi məsləhət görüb və içkinin dərəcəsini artırmağın sağlamlıq üçün zərərli olduğunu xatırladıb.

Yevgeni Brun bayramlarda daha aktiv olmağı, daha çox rəqs etməyi, gəzməyi, qartopu oynamağı tövsiyə edərək, hərəkətsizliyin sərxoşluğu artırdığını qeyd edib.

Mənbə: kp.ru