Bakı 22˚C Partly sunny

“Squid game” “Netflix” tarixində ən çox izlənilən serial oldu - VİDEO

Maraqlı 16:07 13 okt, 2021

Serial 25 gün sonra 111 milyon baxış sayı toplayıb

“Squid game” “Netflix” tarixində ən çox izlənilən serial oldu - <span style="color:red">VİDEO</span>

Rejissor Hvan Don-hekin yaşamaq uğrunda mübarizə ilə bağlı çəkdiyi “Squid Game” adlı ekran əsəri “Netflix” platforması tarixinin ən populyarı serialı olub.

Qazet.az xəbər verir ki, bu barədə xidmətin rəsmi “Twitter” hesabında xəbər verilib.

Premyerasından 25 gün sonra serial 111 milyon baxış sayı toplayıb. Bu o deməkdir ki, “Squid game” ilk dörd həftədə 82 milyon baxış toplayan ABŞ-ın “Bridgertons” serialını keçib.

Qeyd edək ki, “Squid Game” maddi çətinliklərini həll etmək üçün adaya yollanan və sağ qalma oyunlarına qatılan personajlardan bəhs edir. Onlar 40 milyon dollar qazanmaq üçün uşaqlıqda oynadıqları altı oyunu uğurla başa vurmalıdırlar. Rəqabətə tab gətirməyib uduzanlar isə həlak olurlar.