Bakı 17˚C Mostly sunny

Stefen Kenni: "Üçüncü qolu daha tez vura bilərdik"

İdman 09:16 10 okt, 2021

Qalib gəlməyimiz önəmli idi

Stefen Kenni: "Üçüncü qolu daha tez vura bilərdik"

“Qalib gəlməyimiz önəmli idi. Seçmə mərhələdə belə nəticələr tez-tez olmur”.

Qazet.az-ın Apasport.az-a istinadən məlumatına görə, bu sözlər İrlandiya yığmasının baş məşqçisi Stefen Kenniyə məxsusdur.

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda millimizin qonağı olan irlandlar 3 cavabsız qolla qalib gələrək, tsikldə ilk qələbəsini qazanıb.

Oyunsonrası mətbuat konfransında Kenni komandasının çıxışını dəyərləndirib: “Azərbaycan çox təhlükəli rəqibdir. Amma səfərdə bu hesabla qalib gəlmək çox gözəldir. Birinci hissədə vurduğumuz 2 qol vəziyyətimizi yaxşılaşdırdı. İkinci hissədə ağıllı oynadıq. Üçüncü qolu daha tez vura bilərdik, amma sonuncu dəqiqədə gəldi. Əlimizdəki oyunçulara uyğun futbol nümayiş etdiririk. Bunun məntiqi nəticəsi kimi, bu gün əla oynadıq və qələbə qazandıq”.