Bakı 15˚C Mostly sunny

Sülhməramlılar Qarabağda terrorçuları qorumaq üçün BUNU DA ETDİLƏR - Gərginlik artır

Siyasət 17:30 11 apr, 2022

Sülhməramlılar erməni silahlılarını Qarabağdan ən qısa müddətdə çıxarmayacaqlarsa, Azərbaycan özü gərəkli addımı atacaq

Sülhməramlılar Qarabağda terrorçuları qorumaq üçün BUNU DA ETDİLƏR - Gərginlik artır

"Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyətləri bir daha sübut edir ki, bu qeyri-sabit vəziyyətin gərginləşdirilməsində sülhməramlı kontingent çox maraqlı görünür".

Qazet.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, sülhməramlılar erməni silahlılarını Qarabağdan ən qısa müddətdə çıxarmayacaqlarsa, Azərbaycan özü gərəkli addımı atacaq:

"Əvvəllər proseslər bir az üstü örtülü vəziyyətdə baş verirdisə, indi rusiyalı hərbçilər bunu açıq şəkildə nümayiş etdirirlər: Gah Azərbaycana aid kənddə bayraq qaldırırlar, gah erməni silahlılarının Azərbaycan maşın karvanını yoxlamasına şərait yaradırlar, gah erməni silahlısının Azərbaycanın hərbi maşınları istiqamətində havaya atəş açmasına göz yumurlar, gah da Qarabağın rusların nəzarətində olan hissələrindən - Ağdam, Xocalı və Xocavənd istiqamətində atəşkəsin intensiv pozulmasını göz yumurlar.

Ümumilikdə götürdükdə, Rusiya sülhməramlıları Qarabağda terrorçuların xilaskarı rolunu oynamağa çalışır və bu, çox təhlükəli bir oyundur. Azərbaycan tərəfi də birgə bəyanatın bəzi bəndlərinin yerinə yetirilməməsi ilə barışmaq niyyətində deyil. 

Baş verən proseslər onu göstərir ki, əgər Rusiya vəziyyəti gərginləşdirməkdə maraqlı olacaqsa, kameraları erməni separatçılarının fəaliyyətləri istiqamətində deyil, həmin ərazilərin sahibi olan Azərbaycan tərəfə yönəldəcəksə, bu zaman Azərbaycan daxili imkanları hesabına erməni silahlılarının Qarabağdan təmizlənməsi əməliyyatına davam etməli olacaq. Bunun əvvəlki nəticələrini Fərrux yüksəkliyində biz erməni silahlılarına, separatçılara, Ermənistan rəhbərliyinə və Rusiya sülhməramlı kontingentinə nümayiş etdirmişdik.

Ya Rusiya sülhməramlıları erməni silahlılarını Azərbaycan torpaqlarından ən qısa müddətdə çıxaracaqlar, ya da əks halda Azərbaycan tərəfi İrəvandakı "Yerablur pansiyonu"na yeni namizədlər göndərməli olacaq. 

Sülh prosesinə xələl gətirmək üçün, danışıqlar prosesini başlamadan bitirmək məqsədilə bölgəyə qanunsuz silahlı birləşmələrin yenidən cəmləşdirilməsi məsələsini də istisna etmirik. Amma bundan ötrü də bizim müdafiə nazirliyi, kəşfiyyat orqanlarımız, müşahidə məntəqələrimiz var. Bu proseslərin vaxtında qarşısını almalıyıq.

Yadınızdadırsa, cənab Prezidentin də belə bir bəyanatı var ki, "Bizə qarşı istənilən məsafədə, hətta Ermənistanın daxilində belə təhdidlər törədilərsə, hazırlanarsa, biz bu təhdidləri aradan qaldıracağıq". Ona görə də hesab edirəm ki, bu təhdidlərin qarşısını almaq üçün müdafiə nazirliyi və digər güc strukturlarımız kifayət qədər imkan və potensiala malikdir. Biz gözləməməliyik ki, belə bir qüvvələr toplanılsın, cəmləşdirilsin. Onları cəmləşmə rayonuna belə bir niyyətin həyata keçirilməsinin ilkin mərhələsində artıq zərərsizləşdirməliyik".

Qeyd edək ki, məlumatlara görə, Rusiya sülhməramlı kontingenti Fərrux kəndinə kameralar yerləşdirir.