Bakı 0˚C Rain

"Sumqayıt" "Səbail"i darmadağın edib

İdman 23:33 21 may, 2022

Günün ilk matçlarında "Zirə" "Şamaxı" ilə qolsuz heç-heçə edib

"Sumqayıt" "Səbail"i darmadağın edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

Qazet.az-ın məlumatına görə, günün üçüncü matçında "Sumqayıt" "Səbail"i qəbul edib.

Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 4-cü dəqiqədə Anatoli Nuriyev, 35 və 42-ci dəqiqələrdə Əli Qurbani, 51-ci dəqiqədə Elvin Bədəlov, 86-cı dəqiqədə isə Vüqar Bəybalayev vurub.

Xallarının sayını 22-yə çatdıran "Sumqayıt" mövsümü 7-ci, 15 xala malik "Səbail" isə sonuncu - 8-ci pillədə başa vurub.

Qeyd edək ki, günün ilk matçlarında "Zirə" "Şamaxı" ilə qolsuz heç-heçə edib. "Qəbələ" isə "Sabah"la bərabərə qalıb - 1:1.