Bakı 15˚C Mostly sunny

Sumqayıtda evdən 40 min dollar və 8 min manatlıq qızıl oğurlanıb

Hadisə 15:35 03 fev, 2022

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib

Sumqayıtda evdən 40 min dollar və 8 min manatlıq qızıl oğurlanıb

Sumqayıtda evdən 40 min ABŞ dolları və 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də şəhər ərazisindəki evlərin birindən 40 min ABŞ dolları və 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Kotec qəsəbə sakini Y.Meylamova saxlanılıb.

Araşdırma aparılır.