Bakı 28˚C Sunny

Sumqayıtdakı qətllə bağlı cinayət işi açılıb

Hadisə 14:19 09 fev, 2022

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb

Sumqayıtdakı qətllə bağlı cinayət işi açılıb

Sumqayıt şəhərində qətllə bağlı cinayət işi açılıb.

Bu barədə mediaya Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 9-u saat 10 radələrində Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Nazim Məmmədovun şəhərin 18-ci mikrorayon ərazisində öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1979-cu il təvəllüdlü Mahir Həsənovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nazim Məmmədova xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Mahir Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.