Bu barədə Ermənistanın müvafiq hökumət orqanlarına müraciət edilsə də, müsbət cavab alınmayıb
Ermənistan mətbuatı Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında Sünik (Zəngəzur mahalının yerləşdiyi ərazi - red.) bölgəsindəki yolların müəyyən hissələrinin təhlükəsizliyinə dair razılaşmanın imzalandığını iddia edib.
Qazet.az xəbər verir ki, “Sputnik Armenia” bu barədə Ermənistanın müvafiq hökumət orqanlarına müraciət etsə də, müsbət cavab ala bilməyib.
“2020-ci il 9 noyabr razılaşmasından sonra məlum oldu ki, erməni hərbi qulluqçuları və könüllülərinə Sünik vilayəti ilə həmsərhəd olan Kaşatağ (Laçın ərazisi - red.) bölgəsindən geri çəkilmə əmri verilib. Dekabrın 18-də isə sərhədlərin demarkasiya işlərinin nəyə görə Sovet İmperiyası dövründəki sərhədlər əsasında aparıldığına əsaslı bir izahat verilmədi. Bundan sonra isə baş nazir Nikol Paşinyan açıqlama verərək: ”Azərbaycanla sərhəddə baş verən proseslər demarkasiya kimi qəbul edilə bilməz", - deyə bildirdi.
Qısa müddət sonra Ermənistan Müdafiə Nazirliyi Rusiya sərhədçilərinin Sünik bölgəsinin Azərbaycanla həmsərhəd olan avtomobil yolunun problemli hissələrində təhlükəsizliyi təmin edəcəyini bildirən bir açıqlama verdi. Lakin sənədin imzalanması və ya erməni qoşunlarının əvvəlki mövqelərdən geri çəkilməsinin səbəbləri barədə heç nə deyilmədi.
Nəhayət 2021-ci ilin yanvarın 20-də baş nazirin müavini Tiqran Avinyan sərhəd qoşunlarının yerləşdirilməsinin (demarkasiya nəzərdə tutulmur) və təhlükəsizliyin 1975-1976-cı illərə aid 50 000 miqyaslı xəritəyə əsasən aparıldığını bildirdi. Elə həmin gün Paşinyan 18 dekabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin əvvəllər azad edilmiş ərazilərdən çıxarılması barədə əmr verdiyini etiraf etdi.
Rusiyanın vasitəçiliyi olmadan heç bir sənədin imzalanmadığını deyən Avinyan sonradan Goris-Davit Bek (Gorus-Zeyvə - red.) yolunda təhlükəsizliyin təmin edilməsi məqsədilə rusiyalı hərbçilərin yerləşdirilməsinə dair razılıq əldə edildiyindən bəhs etdi", - deyə məqalədə qeyd edilib.

Sünikdəki yolların təhlükəsizliyi ilə bağlı hansı razılığın əldə edilyini öyrənmək məqsədilə Ermənistanın baş naziri, baş nazirin müavini, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər qurumlara sorğu göndərilsə də, tutarlı cavab verilməyib.
***
Hazırkı mənzərə onu deməyə əsas verir ki, Qarabağdakı 44 günlük müharibədən sonra Ermənistanda başlayan siyasi böhran getdikcə daha da dərinləşməkdədir. Bütün beynəlxalq norma və prinsiplərə zidd şəkildə başqa dövlətin ərazisini 30 ilə yaxın bir müddətdə işğal altında saxladıqdan sonra gah Rusiyanı, gah da Azərbaycanı günahlandıran parlamentdəki müxalifət fraksiyaları və əhalinin müəyyən qismi mövcud hakimiyyəti “səriştəsizlikdə” və “xalqa xəyanət etməkdə” təqsirləndirməklə Azərbaycan Ordusunun Qarabağda qazandığı zəfərə kölgə salmağa çalışır.
İyunun 20-də ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Ermənistanda hansı siyasi mənzərənin yaranacağı isə regionda sülh və təhlükəsizlik baxımından maraq doğurur.
Şahzadə Filipin ölümünün "həddən artıq işıqlandırılması" səbəbilə BBC-yə rekord sayda şikayət daxil olub
İtaliya Qran-prisinin təqvimində dəyişiklik edildi
Azərbaycan vətəndaşları 68 ölkəyə vizasız səfər edə bilərlər
Azad olunan ərazilərdə daha 137 mina aşkarlanıb
Azərbaycanda son sutkada 34 976 nəfərə vaksin vurulub
Əli Əsədov BP-nin regional prezidenti ilə görüşüb
Qanunsuz ov edənlərə qarşı tətbiq olunan cərimələr açıqlanıb
Azərbaycan gömrükçüləri 213 kiloqramdan artıq heroin aşkar edib - VİDEO
Bu il Azərbaycanda suya buraxılacaq balıqların sayı açıqlanıb
NATO-nun Baş katibi: "Rusiya sərhədə hərbçi toplamağa son qoymalıdır"
Fikriniz
- 1
- 0
- 0
- 0
- 0
- 0
- Rəy yazın
- Rəylər
- Şahzadə Filipin ölümünün "həddən artıq işıqlandırılması" səbəbilə BBC-yə rekord sayda şikayət daxil olub
BBC-yə daxil olan şikayətlərin sayı 110 994-ə çatıb ki, bu da Britaniya televiziyası tarixində yeni bir rekorddur
Maraqlı17:50 13.04.2021 - İtaliya Qran-prisinin təqvimində dəyişiklik edildi
İtaliya Qran-prisi 16 - 18 apreldə İmola trasında gerçəkləşəcək
Cəmiyyət17:45 13.04.2021 - Azərbaycan vətəndaşları 68 ölkəyə vizasız səfər edə bilərlər
Azərbaycan reytinqdə 74-cü yerdə qərarlaşıb
Gündəm17:43 13.04.2021
Azərbaycanda karantin rejimi sərtləşdirilir? - TƏBİB-dən AÇIQLAMA
Dünən həbsdən çıxdı, bu gün evi yandırıb arvadını döydü - FOTO
Azərbaycanda karantin rejimi sərtləşdirilir - Brifinqin tarixi məlum oldu
"Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq, lazım olsa, adekvat cavab verəcəyik" - Balasanyan
Əlaqəli mövzular
Siyasət
Hamısına bax- Kremldən Şuşaya atılan "İskander-M"lə bağlı açıqlama
Bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov danışıb
Siyasət14:36 13.04.2021 - "Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından çəkinməlidir" - İlham Əliyev
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib
Siyasət10:51 13.04.2021
- "Ermənistan terrorçu diversantları "hərbi əsir" kimi qələmə verir" - Bayramov
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib
Siyasət17:25 12.04.2021 - Azərbaycanın XİN başçısı İtaliya Senatının komissiya sədri ilə görüşüb
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb
Siyasət17:22 12.04.2021