Bakı 15˚C Mostly sunny

Suriya buna görə İsrail qırıcılarını vurmadı

Gündəm 07:12 15 okt, 2021

“İsrailə məxsus 4 F-16 qırıcısı ət-Tanf bölgəsindən Suriya hava məkanına daxil olaraq Palmira yaxınlığında müəssisəni hədəf alıb"

Suriya buna görə İsrail qırıcılarını vurmadı

Suriya ordusu aviaməkanda iki mülki təyyarənin olması səbəbindən İsrail qırıcılarına qarşı havadan müdafiə sistemlərini tətbiq etməyib.

Qazet.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Tərəfləri Barışdırma Mərkəzi məlumat yayıb.

“İsrailə məxsus 4 F-16 qırıcısı ət-Tanf bölgəsindən Suriya hava məkanına daxil olaraq Palmira yaxınlığında müəssisəni hədəf alıb. Hücum nəticəsində müəyyən edilən hədəf məhv edilib, bir suriyalı əsgər öldü, 3-ü isə yaralanıb. Suriya ordu komandanlığı havadan müdafiə sistemlərini tətbiq etməməyə qərar verdi. Çünki həmin vaxt hava zonasında Dubay-Beyrut və Bağdad-Dəməşq aviareysini icra edən iki mülki təyyarə var idi”, - deyə bildirilib.