Bakı 20˚C Partly sunny

Şuşa sakini 29 il sonra öz evində - VİDEO

Cəmiyyət 20:15 27 sen, 2021

Evimə ürək edib, tək girə bilmədim

Şuşa sakini 29 il sonra öz evində - <span style="color:red">VİDEO</span>

Şuşa sakini Temusa Muradova 29 ildən sonra doğma Şuşaya yollanıb.

Qazet.az xəbər verir ki, “Atv” komandası Temusa xanımın evində olub. Uzun illərdən sonra evinə qayıdan Muradova göz yaşlarına boğulub. Binanın pilləkanlarını bir-bir çıxaraq mənzilinə doğru irəliləyən Temusa bu anları yaşadığına hələ də inana bilmədiyini deyib:

“Evimə ürək edib, tək girə bilmədim. Az yaşım yoxdur. Getdim ki, anamın, atamın qəbrini ziyarət edim. Atamın məzarını tapa bilmədim. Dünəndən özümü bağışlaya bilmirəm. Hələ də Şuşada olduğuma inana bilmirəm. Elə bil yuxudayam”.